Sevgilisini bıçaqlayan 18 yaşlı qızın məhkəməsi başladı

10:10 - 16 Sentyabr 2020 - HADİSƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini bıçaqlamaqda ittiham olunan Gülşən Mustafayevanın cinayət işi hazırlıq iclası keçirilib.

Hakim Səbuhi Hüseynovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası sentyabrın 22-a təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin may ayında Abşeron rayonu, Atyalı yaşayış massivində baş verib.
1999-cu il təvəllüdlü Musa Abdullayev sevgilisi, 18 yaşlı Gülşən Mustafayeva tərəfindən bıçaqlanıb.

Gülşən Mustafayevaya Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham verilib.///report

Xəbər xətti