59 yaşlı İsmayıllı sakini intihar edib

14:32 - 15 Sentyabr 2020 - HADİSƏ

İsmayıllı sakini intihar edib. 

İsmayıllı şəhər Abbas Səhhət küçəsindəki 28 saylı mənzildə yaşayan 1961-ci il təvəllüdlü İmamverdiyev Cəmşid Cəfərqulu oğlu özünü kəndirlə asıb.

Ailə üzvləri hadisədən gec xəbər tutub. Onlar Cəmşid İmamverdiyevin meyitini aşkar edən kimi dərhal polis şöbəsinə məlumat veriblər. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı İsmayıllı rayon prokurorluğu tərəfindən araşdırma aparılır. ///Apa

Xəbər xətti