Rusiyada pandemiya qurbanlarının sayı 18 635-ə çatıb

14:29 - 14 Sentyabr 2020 - DÜNYA

Rusiyada son bir gündə daha 5 509 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 068 320 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 57 nəfər artaraq 18 635-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 878 700 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 696 nəfər.

Xəbər xətti