Bakıda avtomobil piyadanı vurub öldürüb
16:04 - 12 Sentyabr 2020 - HADİSƏ
Paytaxtın Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Nizami rayonu ərazisində yolu keçən 30-35 yaşlarında kişi Bakı şəhər sakini O.Həsənovun idarə etdiyi “Volkswagen” markalı avtomobillə vurulub. Nəticədə piyada hadisə yerində ölüb.
Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.