Reper Timati və sevgilisi Anastasiya Reşetovanın ayrılması haqda uzun müddətdir xəbərlər dolaşır.
Axşam.az rus mediasına istinadən xəbər verir ki, cütlük uzun müddətdir məsələ haqqqında heç bir fikir bilmir, sualları cavabsız qoyurdu.
Anastasiya 6 ildir birlikdə olduğu Timati ilə ayrıldığını etiraf edib:
"Bu il bir çox hadisələrə görə insanlar üçün ağır oldu. Bizim də münasibətimiz bu ağırlıqlarla baş aça bilmədi. Artıq biz birlikdə, ər-arvad deyilik. 6 il gözəl günlər yaşadıq: gözəl dost, sevgili və tərəf müqabili olduq. Bu həyatda daimi heç nə yoxdur. Dəyişdim və həyata baxışlarım da artıq fərqlidir. Bilmirəm, bundan sonra nə olacaq, amma münasibətimizi dost kimi davam etdirəcəyimə inanıram. Timati, məni sevdiyin, dəstək olduğun üçün təşəkkürlər. Söz verirəm, oğlumuzu gözəl böyüdəcəm, atasını hər zaman sevəcək".