Salyanda 29 yaşlı gənc bıçaqlanıb

08:55 - 11 Sentyabr 2020 - HADİSƏ

Salyanda bıçaqlanma hadisəsi baş verib.

Hadisə ötən gün axşam saatlarında Qarabağlı kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Atayev Rəsul Qəhrəman oğlu döş qəfəsinin və qıçının kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralı əməliyyat olunub. Yaxınlarının dediyinə görə, o, İsmayıl adlı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti