Bir yaşlı bacısı oğlunu avtomobillə vuraraq öldürdü

13:22 - 10 Sentyabr 2020 - HADİSƏ

Bakıda bir yaşlı uşağı dayısı avtomobillə vurub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, sentyabrın 9-da saat 15 radələrində Xətai rayonu ərazisində V.Əliyev “BMW” markalı avtomobili idarə edərkən bacısı oğlu, bir yaşlı Ziya Məmmədovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.///oxu.az

 

Xəbər xətti