İmişli sakini qonşusunun evindən 1 500 manatlıq oğurluq edib

17:09 - 9 Sentyabr 2020 - HADİSƏ

İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində avqust və sentyabr aylarında həmkəndlisinə məxsus xirdabuynuzlu heyvanları oğurlayan şəxs müəyyən edilərək saxlanılıb.


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, İmişli rayon Göbəktala kənd sakini H.Əliyev RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus xırdabuynuzlu heyvanlarının oğurlanması barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi, əvvəllər məhkum edilmiş İbrahim İsmayılov saxlanılıb.

Araşdırmalarla onun 12 baş qoyun oğurlamaqla şikayətçiyə 1 500 manatdan artıq ziyan vurduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı İmişli RPŞ-də araşdırmalar davam etdirilir./report

Xəbər xətti