Qəbələdə ikimərtəbəli evin birinci mərtəbəsi yanıb

16:46 - 9 Sentyabr 2020 - HADİSƏ

Qəbələ rayonunun Aydınqışlaq kəndində ümumi sahəsi 336 m2 olan ikimərtəbəli evin birinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və çardağı 70 m2 sahədə yanıb.


Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./trend

Xəbər xətti