Moskva şəhərinin müftisi koronavirusa yoluxub

09:18 - 9 Sentyabr 2020 - DÜNYA

Moskva şəhərinin Müftisi, Müsəlman Ruhani İdarəsi sədrinin müavini İldar Alyautdinov koronavirusa yoluxub.

APA-nın “gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə İldar Alyautdinov instaqram səhifəsində məlumat paylaşıb.

Müfti bir müddət xəstə olduğunu və sonradan koronavirusa yoluxduğunun aşkarlandığını təəssüf hissilə qeyd edib: “Xəstəliyim dövründə bəzi günlər olduqca çətin keçdi və dərhal diaqnoz qoymadılar. Bir sıra simptomlar var idi, amma yenə də düşünürdük ki, bəlkə də COVID-19 deyil, adi SARS və ya qripdir. Lakin sonradan COVID-19 olduğu təsdiqləndi”.

Qeyd edək ki, İldar Alyautdinov 1978-ci ildə Moskvada anadan olub. 2001-ci ildə Qahirədəki Əl-Əzhər Universitetinin Filologiya və İlahiyyat fakültəsini bitirib. 2000-ci ildən başlayaraq Moskva Memorial Məscidinin imamı olub. 2013-cü ildən isə Moskva şəhərinin müftisi təyin edilib.

Xəbər xətti