Qobustanda qəza olub, yaralanan var

15:24 - 8 Sentyabr 2020 - HADİSƏ

Qobustan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün Bakı-Şamaxı yolunda qeydə alınıb.
"VAZ 2107" və "Renault" markalı avtomobillər toqquşub.

Zərbənin təsirindən "Renault" aşıb. Hadisə zamanı Abşeron rayon sakini, 1992-ci il təvəllüdlü sürücü Hüseynov İlkin Vurğun oğlu xəsarət alıb.
Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.///report

Xəbər xətti