Tovuzda 3 otaqlı ev yanıb

09:25 - 8 Sentyabr 2020 - HADİSƏ

Tovuz rayonunun Köhnəqala kəndində ümumi sahəsi 200 kvadrat metr olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti