Rusiyanın koronavirus peyvəndi mülki dövriyyəyə buraxılıb

08:19 - 8 Sentyabr 2020 - DÜNYA

Rusiyanın N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış COVID-19 əleyhinə "Sputnik V" peyvəndinin ilk partiyası mülki dövriyyəyə buraxılıb. APA “TASS”-a istinadən xəbər verir ki, dərmanın yaxın vaxtlarda bölgələrə çatdırılması gözlənilir. Qurumdan bildirilib ki, peyvənd bütün lazımi laborator müayinələrdən keçib. Testlər zamanı dərman tədqiqat iştirakçılarının 100%-də sabit humoral və hüceyrə toxunulmazlığı reaksiyası meydana gətirib və heç bir əks təsir yaratmayıb.

Xəbər xətti