Bərdədə ikimərtəbəli ev yanıb

18:11 - 7 Sentyabr 2020 - HADİSƏ

Bərdə rayonunda ümumi sahəsi 240 kvadratmetr olan ikimərtəbəli evdə yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə nəticəsində evin ikinci mərtəbəsində 3 otaq və dam örtüyü 120 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır./trend

Xəbər xətti