Bakıda 6 yaşlı uşağı avtomobil vurub

16:20 - 7 Sentyabr 2020 - HADİSƏ

Bakıda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 5-də saat 11 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində Abşeron rayon sakini M.Mirqasımov idarə etdiyi “QAZ-3302” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini, 6 yaşlı Səid İmamverdiyevi vurub.

Ağır xəsarətlə xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.
Faktla bağlı Binqədi rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti