Şəmkirdə qonşusunu bıçaqlayan şəxsin kimliyi bilinib

09:40 - 7 Sentyabr 2020 - HADİSƏ

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

Məlumata görə, Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Elpərəst Zamanov mübahisə zəminində qonşusu, 1990-cı il təvəllüdlü Rəşad Hüseynova daxilə keçməyən çoxsaylı bıçaq xəsarətləri yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxsin isə saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.///report

Xəbər xətti