İranda zəlzələ olub, xəsarət alanlar var

08:58 - 7 Sentyabr 2020 - DÜNYA

Bu gün səhər İranın Gülüstan əyalətinin Ramyan bölgəsində 5,1 bal gücündə zəlzələ baş verib. 

APA-nın  məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ 9 km dərinlikdə qeyd alınıb. İlkin məlumata görə, Gurçay və Veyru kəndlərində zəlzələ nəticəsində 10 nəfər xəsarət alıb.

Çox sayda evə ziyan dəyib. Hadisə yerinə Qırmızı Aypara Cəmiyyətinin xilasediciləri cəlb olunub.

 

Xəbər xətti