Türkiyədə koronavirusdan daha 53 nəfər ölüb

20:27 - 6 Sentyabr 2020 - DÜNYA

Türkiyədə son sutka ərzində koronavirusdan 53 nəfər ölüb. APA-nın xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. Nazir bildirib ki, son 24 saatda 96 842 şübhəli koronavirus testindən keçib, onlardan 1578-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1102 nəfər olub, 1013 xəstə isə sağalaraq evə buraxılıb. Türkiyədə ümumilikdə 279 806 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 251105 nəfər sağalıb, 6673 nəfər ölüb. Nazir bildirib ki, son həftədə sutkalıq xəstə sayı ən çox artan vilayətlər Van, Karaman, Erzincan, Çankırı və Kayseridır. Ağır xəstə sayı ən çox artan vilayətlər isə İstanbul, Ankara, Konya, Erzurum və Yozgatdır. Nazir bir daha vurğulayıb ki, tədbirlərə birlikdə əməl edilsə, COVID-19-a qalib gələrik.

Xəbər xətti