Xilasedicilər Bakıda intihara cəhdin qarşısını aldılar

18:58 - 6 Sentyabr 2020 - HADİSƏ

Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Xəbər xətti