Biləsuvarda 24 yaşlı qadını avtomobil vurub

16:36 - 6 Sentyabr 2020 - HADİSƏ

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Biləsuvar rayonunun Amankənd kəndi ərazisində  qeydə alınıb. Belə ki, kənd sakini Rauf Əliyev idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə kənd ərazisində hərəkətdə olarkən, həmkəndlisi, 1996-cı il təvəllüdlü Ələkbərova Nuridə Sakit qızını vurub.

Yaralı qadın müxtəlif bədən xəsarətləri alıb və Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti