Sumqayıtda 8 yaşlı qız dördüncü mərtəbədən yıxılaraq ölüb

14:42 - 5 Sentyabr 2020 - HADİSƏ

Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Şəhərin 4-cü mikrorayonunda 2012-ci il təvəllüdlü Ağazadə Zəhra Vüqar qızı ehtiyatsızlıqdan dördüncü mərtəbədən yıxılıb.

Ağır xəsarət alan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti