Bakıda kranın yaşayış binasının üstünə aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
“Report”un məlumatına görə, ölən şəxsin kranın sürücüsü olduğu bildirilir.
Qeyd edilib ki, hadisə nəticəsində yaralanan isə ərazidən keçən şəxslərdən biridir.
Məlumata görə, kranın aşması nəticəsində ərazidə olan 6 avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə Nərimanov Rayon Prokurorluğunun əməkdaşları gəlib.