Bakıda kran doqquzmərtəbəli yaşayış binasının üzərinə aşdı- Foto/Video

14:48 - 4 Sentyabr 2020 - HADİSƏ

Paytaxtın Azadlıq prospektində kranın doqquzmərtəbəli binanın üzərinə aşması nəticəsində yaralananların və ölənlərin olduğu bildirilib.

Binanın altında musiqi məktəbi yerləşir. Hazırda hadisə yerinə FHN və dörd ədəd təcili tibbi yardım maşını cəlb olunub.

Binanın həyətində 10-a yaxın avtomobil zərər dəyib.
Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, hadisə Nərimanov rayonunda baş verib.

Qeyd edilib ki, hadisə nəticəsində hələlik bir nəfərin öldüyü təsdiqlənib.

 


14:24

 

Bakıda kran doqquzmərtəbəli yaşayış binasının və avtomobillərin üzərinə aşıb.

Ucnoqta.az xəbər verir ki, şahidlərin “Report”a verdiyi məlumata görə, hadisə Həsən Əliyev küçəsində yerləşən “Baku Clinic”in yaxınlığında baş verib.

Hadisə zamanı kranın sürücüsü xəsarət alıb, həmçinin ətrafda olan avtomobillərə ciddi ziyan dəyib.


Xəbər xətti