Zelenskinin ofisinin yaxınlığında qumbaralı şəxs saxlanılıb

23:48 - 1 Sentyabr 2020 - DÜNYA

Ukraynanın Kiyev şəhərinin hökumət binalarının yerləşdiyi kvartalında, ölkə prezidentinin ofisi yaxınlığında əl qumbarası ilə silahlanmış şəxs saxlanılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Kiyev polisinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda bildirilir: "Hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxtın hökumət kvartalında əl qumbarası ilə silahlanmış şəxs saxlayıblar".

Qeyd edilir ki, silahlı şəxsin saxlanılması ölkə prezidentinin ofisinin yerləşdiyi Bankova küçəsində həyata keçirilib.

Xəbər xətti