Sevgilisi Təranənəyə xəyanət edib

16:33 - 28 Avqust 2020 - MAQAZİN

Prodüser Təranə Səmədova xəyanətə məruz qaldığını iddia edib.

O, instaqramda post paylaşaraq sevgilisi Samirin Vəfa adlı xanımla münasibətdə olduğunu qeyd edib.

T. Səmədova sosial şəbəkədə hər iki şəxsin yazışmasını paylaşaraq onları ifşa edib. Belə ki, sözügedən xanım Səmədovanın onun profilini paylaşmasına etiraz edərək Samirə yazıb. Samir isə xanıma cavab verərək prodüseri polisə verməyi məsləhət görüb.

“Bu zəmanədə heç kimə inanmayın, güvənməyin. “Heç zaman” dedikləriniz belə sizi aldadar, arxadan vurar. Arxamca həbsxana qapılarına qədər gələn bu oğlan yeni bir qızla tanış olub. Səhifəsini izləyir, fotolarını bəyənir. Etdiyim bütün fədakarlıqların cavabı budur”, - deyə Təranə paylaşdığı görüntülərə şərh yazıb.

O, daha sonra postun şərh bölməsində mövzu barədə növbəti dəfə açıqlama edib: “Qız bilə-bilə ki, Samir həyatımdadır, onunla danışır. “Direct”inə yazıram, cavab vermir. Hekayə bölməsində onun profilini paylaşdıqdan sonra reaksiya verir. Əsas günah Samirdədir. Amma xanım da hörmət qoymağı bacarmalıdır”.///qafqazinfo


Xəbər xətti