Əfqanıstanın ilk qadın kino rejissoru güllələnib

18:42 - 25 Avqust 2020 - DÜNYA

Əfqanıstanın ilk qadın kino rejissoru Səba Səhər silahlı hücuma məruz qalıb.

Məlumata görə, 44 yaşlı rejissor avtomobildə olarkən, naməlum şəxs ona atəş açıb.
Hadisə nəticəsində rejissor və onun iki cangüdəni yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Onların həyati təhlükəsinin olmadığı deyilir.

Hücumun motivləri ilə bağlı araşdırma aparılır.///trend

 

Xəbər xətti