Gürcüstanda matəm günü elan olundu

11:14 - 24 Avqust 2020 - DÜNYA

Gürcüstanın Duşeti bələdiyyəsində 17 nəfərin ölümü ilə nəticələnən faciəvi yol qəzası ilə bağlı avqustun 25-i ölkədə matəm günü elan olunub.

Bu barədə ölkənin Baş naziri Giorgi Qaxaria müvafiq qərar imzalayıb.

Qərara əsasən, sabah ölkə ərazisində dövlət bayraqları endiriləcək və qəzada dünyasını dəyişənlərin xatirəsi yad olunacaq.///report

Xəbər xətti