Rusiya daha bir neçə ölkə ilə hava əlaqəsini bərpa edə bilər

09:18 - 24 Avqust 2020 - DÜNYA

Rusiya rəhbərliyi Fransa, Macarıstan, Malta, Cənubi Kipr, İordaniya, Misir (yalnız Qahirə) və Çinə (yalnız Şanxay) uçuşları bərpa etməsini müzakirə edir.

“Report” “İzvestiya”ya istinadən xəbər verir ki, bununla əlaqədar yekun qərar avqustun 25-də veriləcək.
Qeyd olunub ki, Fransa, Macarıstan və Maltaya uçuşlar yalnız yaşayış, iş icazəsi və tibbi müəssisəyə müraciət edənlər üçün təşkil edilə bilər.

Xəbər xətti