Türkiyə Rusiyadan ikinci S-400 alayını alır- Müqavilə imzalanıb

16:30 - 23 Avqust 2020 - DÜNYA

Rusiya və Türkiyə S-400 hava hücumundan müdafiə sistemlərinin ikinci alayının tədarükü üçün müqavilə imzalayıblar.

Ucnoqta.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Rosoboroneksport” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Aleksandr Mixiyev "Ordu-2020" forumunda deyib.

"Müqavilə imzalanmışdır, hazırda tərəfdaşlarımızla bu müqavilənin icrası üçün maliyyə modelini müzakirə edirik" - Mixiyev deyib.

Xəbər xətti