Rusiya ordusunun generalı Suriyada həlak olub

19:44 - 18 Avqust 2020 - DÜNYA

Rusiya ordusunun generalı Suriyada həlak olub. APA-nın Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Suriyada avtomobil karvanının partladılması nəticəsində Rusiya ordusunun general-mayoru ölüb. Rusiya MN partlayış zamanı daha iki rus hərbçisinin yaralandığını açıqlayıb. Hadisə Deyr-ez-Zor yaxınlığında humanitar aksiyadan geri qayıdan zaman baş verib. Əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində partlayış olub. Adı hələlik açıqlanmayan Rusiya Silahlı Qüvvələrinin general-mayoru hadisə yerindən təcili təxliyə olunub və ona tibbi yardım göstərilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Xəbər xətti