Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb

22:17 - 13 Avqust 2020 - DÜNYA

Türkiyədə son 24 saat ərzində daha 21 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 912 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 243 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 245 635 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 228 057 nəfər təşkil edir.///trend

Xəbər xətti