Türkiyədə məktəbliləri daşıyan avtomobil qəzaya düşüb- 6 nəfər ölüb

12:28 - 3 Avqust 2020 - DÜNYA

Türkiyədə Yüksekova rayonunda məktəbliləri daşıyan avtomobil qəzaya uğrayıb.  

APA-nın yerli bürosunun xəbərinə görə, içərisində bir qrup təhsil işçisinin olduğu avtomobil dərəyə aşıb. Nəticədə 6 nəfər ölüb, bir nəfər yaralanıb. Ölənlərdən 4-nün təhsil işçisi olduğunu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti