Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb
22:01 - 22 İyul 2020 - DÜNYA
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 19 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.
Nazir bildirib ki, son 24 saatda 43 404 şübhəli koronavirus testindən keçib, onlardan 902-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1203 xəstə sağalıb.
Türkiyədə indiyədək 222 402 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5545 nəfər ölüb, 205 214 nəfər müalicə olunaraq evə buraxılıb.