ABŞ-da koronavirusa yoluxanların sayı 3,83 milyonu keçdi

19:01 - 21 İyul 2020 - DÜNYA

ABŞ-da son sutka ərzində 56 750 nəfər yeni növ koronavirusa yoluxub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə federal və yerli hökumət orqanlarının, eləcə də KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universitetindən bildiriblər.

Universitetdən verilən məlumata görə, son sutka ərzində həmçinin COVID-19 ilə bağlı 372 ölüm hadisəsi də qeydə alınıb.

Qeyd edək ki, universitetin məlumatına görə, ABŞ-da pandemiya dövründə 3 830 926 koronavirusa yoluxma halı aşkar edilib, 140 mindən çox insan virus səbəbi ilə həyatını itirib.

Xəbər xətti