Çində COVID-19-un yeni ocağı aşkarlanıb

19:45 - 18 İyul 2020 - DÜNYA

Çinin Sintszyan-Uyğur Muxtar rayonu koronavirus infeksiyasının yeni ocağına çevrilib.

“Report”un məlumatına görə, bu barədə “Associated Press” Çinin Milli Səhiyyə Komitəsinə istinadən xəbər verib.
Qeyd olunub ki, 17 nəfərin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Bundan əvvəl, iyunun 11-də Pekində yenidən COVID-19 virusuna daxili ötürülmə yolu ilə yoluxma qeydə alınmışdı.

Xəbər xətti