Türkiyədə koronavirusa yoluxanların sayı 217,8 minə çatıb

22:02 - 17 İyul 2020 - DÜNYA

Bu gün Türkiyədə koronavirusdan 18 nəfər vəfat edib.

Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib. Nazir qeyd edib ki, ölkədə koronavirusdan ölənlərin sayı 5 458 nəfərə çatıb.

Nazirin sözlərinə görə, son sutkada ölkədə COVID-19-a 926 yoluxma qeydə alınıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının ümumi sayı 217 799 nəfərə yüksəlib.
Son gün ərzində 1 014 pasiyent sağalaraq evə buraxılıb. Bununla da koronavirusdan sağalanların sayı 199 834 nəfər təşkil edir.///report

Xəbər xətti