Putin Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə edib

16:00 - 17 İyul 2020 - DÜNYA

Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurasının daimi üzvləri Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə ediblər.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O, Rusiya Prezidenti yanında Təhlükəsizlik Şurasının onlayn iclasının keçirildiyini, iclasda Ermənistan-Azərbaycan sərhədində vəziyyətin müzakirə olunduğunu və Moskvanın vasitəçilik səylərinə hazır olduğunun vurğulandığını qeyd edib: “Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Eskalasiyanın davam etməsindən narahatlıq ifadə olunub". 

Xəbər xətti