Lukaşenko müsahibəyə ayaqqabısız gəldi - Video

17:38 - 7 İyul 2020 - DÜNYA

Belarus Prezidenti Aleksandr Lukaşenko müsahibəyə ayaqqabısız gəlib. 

"Qafqazinfo" xəbər verir ki, görüntülər "Belarus 1" televiziya kanalı tərəfindən yayımlanıb.
"Xadimələrə hörmət edirəm, ayaqyalın gəzirəm!",-deyə dövlət başçısı liftdən çıxarkən jurnalistlərə bildirib.
Bu görüntülər Soçidə Vladimir Putinlə danışıqlardan sonra çəkilib. Jurnalist Aleksey Krivoşeyevin sözlərinə görə, Belarus prezidenti bütün müsahibələri ayaqqabısız keçirir.

Xəbər xətti