İranda daha 200 nəfər koronavirusdan ölüb

14:07 - 7 İyul 2020 - DÜNYA

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 200 nəfər vəfat edib.

APA-nın məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 11 931 nəfərə çatıb. İranda son sutka ərzində koronavirusa 2 637 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 245 688 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 207 000 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 270 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Xəbər xətti