Nigeriya ordusu ölkənin şimal-şərqində yerləşən Sambisa meşəsində aparılan xüsusi əməliyyatlar zamanı 605 nəfəri "Boko haram" terror təşkilatının əsrliyindən azad edib.
Bu barədə ölkənin Silahlı Qüvvələrinin nümayəndəsinə istinadən "Sinxua" məlumat yayıb.
Əməliyyatlar dekabrın 7-dən 14-dək aparılıb. Xüsusi əməliyyatların komandanı Laki İrabor onların əksəriyyətinin qadın və uşaqlar olduğunu bildirib.