Rusiya istiqamətindən Dövlət Gömrük Komitəsinin (DGK) Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan, qonşu ölkə vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindəki əl yükünə gömrük baxışı keçirilib. DGK-nin mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı yağ qutularının içərisində gömrük nəzarətindən gizlədilən, üzərində Belarusa məxsus aksiz markası olan 5200 ədəd siqaret aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.