Azərbaycan və Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti görüş üçün ilkin razılıqlarını verib. Bunu Ermənistan parlamentinin sədr müavini, AŞPA-dakı nümayəndə heyətinin üzvü Ermine Naqdalyan “tert.am” saytına müsahibəsində bildirib.
O qeyd edib ki, görüşün təşəbbüskarı AŞPA-nın sədri Pedro Aqramuntdur.
Görüş baş tutacağı təqdirdə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin həlli ilə bağlı məsələnin müzakirə ediləcəyi ehtimal olunur.