Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumla əlaqədar Mərkəzi Seçki Komissiyasının "qaynar xətt"inə hər hansı bir şikayət xarakterli müraciət daxil olmayıb. Trend-in məlumatına görə, bu barədə MSK Katibliyinin müdiri Rövzət Qasımov məlumat verib.
O qeyd edib ki, daxil olan bir sıra müraciətlər seçki barəsində informasiya almaq məqsədi daşıyıb.