Sumqayıtda 17 yaşlı gəncin ölümünün TƏFƏRRÜATI

18:58 - 15 Yanvar 2025 - HADİSƏ

Sumqayıt şəhərində qətlə yetirilən 17 yaşlı gənc ilə bağlı redaksiyamıza təfərrüat daxil olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ç.Q. və 2010-cu il təvəllüdlü Ö.Q. qardaşları saxlanılaraq istintaqa təhvil veriliblər.

Məlumata görə, Emil Qələndərov söyüşə görə iki qardaş tərəfindən qətlə yetirilib.

E.Qələndərov evin tək övladı olub, ata-anası yoxdur, Sumqayıt şəhər 19 nömrəli tam orta məktəbin şagirdi idi.

Xəbər xətti