Mehriban Əliyeva Bolqarıstan şəhərinin fəxri vətəndaşı seçilib

22:01 - 25 Avqust 2016 - Xəbər

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva "Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı" adına layiq görülüb. Mehriban Əliyeva bu ada şəhər meri Daniel Panovun təklifi və şəhər bələdiyyə şurasının qərarı əsasında Bolqarıstanın qədim paytaxtının mədəni-tarixi irsinin qorunması və təbliğinə verdiyi töhfələrə görə layiq görülüb.
Qeyd edilib ki, Heydər Əliyev Fondu orta əsrlərə aid olan və bu il sentyabrın 22-dən turistik marşrutlar siyahısına daxil ediləcək "Trapezitsa" qalasının sosiallaşması layihəsi üçün 2,5 milyon lev hədiyyə edib.report 

Xəbər xətti