Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Azad Camalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb."Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Məhkəmənin hökmü ilə A.Camalov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il martın 25-də baş verib. Bakı şəhər sakini Ramidə Məmmədovanın 70 manatı və sənədləri soyğunçuluq yolu ilə alınıb. Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər Şəki rayon sakini, məhkum olunmuş A.Camalov tutulub.
O, Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham olunub.