Moskva Arbitraj məhkəməsi “Crocus Group” prezidenti Araz Ağalarova 1,1 milyard rubl kompensasiya ödənilməsi ilə bağlı qərar çıxarıb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, təzminatı Rusiyanın Maliyyə Nazirliyi ödəməli olacaq.
Milyarderin KİV-ə bildirdiyinə görə, nazirlik Vladivostokda tikilən Uzaq Şərq Universitetinin tikintisi zamanı dəymiş zərərə görə təzminat ödəyib. Həmin ali təhsil müəssisəsini vaxtında tikib başa çatdıran “Crocus Group” ayrılan vəsaiti indiyədək ala bilmirdi. Nəticədə Ağalarov tikintini başa çatdırmaq üçün şəxsi vəsaitdən istifadə etməli olmuşdu.