Almaniyanın baş naziri Anqela Merkel Alman parlamentinin uydurma “erməni soyqırımı”nı tanınması barədə qətnamə layihəsini qəbul etdikdən sonra ilk dəfə danışıb. Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, A.Merkel məsələ ilə bağlı sadəcə “ Almaniyanın Türkiyə ilə münasibətləri güclüdür”, deyə açıqlama verib.
Merkel ilə Berlində birgə olan NATO ümumi katibi Jens Stolenberg isə “Türkiyə ilə Ermənistan münasibətinin ən qısa müddətdə normallaşacağına ümid edirik” deyib.