Bu yollarda tıxac var - SİYAHI

08:20 - 18 Dekabr 2025 - AVTO

Bakının bəzi küçə və prospektlərində nəqliyyat sıxlığı müşahidə olunur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət: 
 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
 4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
 5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
 6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
 7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
 8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
 9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
 10. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər xətti