Naxçıvanda “uşaq oğrusu” ilə bağlı görüntüləri yayan şəxs müyyən olunub

10:48 - 8 Dekabr 2025 - ÖLKƏ İÇİ

Ötən gün sosial şəbəkələrdə Naxçıvanda “uşaq oğrusunun peyda olması” ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, araşdırmalarla görüntünü sosial şəbəkələrdə yayan şəxsin azyaşlı olduğu müəyyən edilib və onunla valideynlə birgə profilaktik iş aparılıb, sosial şəbəkələrdən düzgün istifadə qaydaları barədə izahlar verilib.

Həmçinin azyaşlının valideyinlərinə də övladlarının internet mühitində davranışına nəzarətin vacibliyi barədə xəbərdarlıq edilib.

Məlumata görə, Naxçıvan ərazisində uşaq oğruluğu, yaxud bu kimi təhlükəli hadisələrlə bağlı hər hansı bir fakt qeydə alınmayıb.

Xəbər xətti